Yuxarı

​İSB "Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb

İki Ukrayna vətəndaşı Bakıda, iki Azərbaycan vətəndaşı isə Türkiyədə qəza törədib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” sığorta sistemi çərçivəsində artıq ödənişlər həyata keçirməyə başlayıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, artıq iki Ukrayna vətəndaşının Bakıda törətdiyi sığorta hadisələri üzrə tələblər qeydə alınıb: “Bu hadisələrdən birinə görə ödəniş verilib, digər hadisə isə bu günlərdə qeydə alınıb. Hər iki hadisəyə görə Ukraynanın icbari sığorta qurumuna qarşı tələblər irəli sürüləcək”.

İSB-nin özünə qarşı da iki tələb irəli sürülüb. E.Quliyev bildirib ki, tələblər Türkiyədən daxil olub: “İki Azərbaycan vətəndaşı da Türkiyədə yol qəzası törədərək başqalarına ziyan vurublar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi