Yuxarı
    Bağlamaq

    ​İSB vətəndaşa 5 min manat ödəyib

    Sığorta ödənişi Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfərin vəfatı ilə əlaqədar verilib

    Bakı. 29 oktyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən ötən gün Azərbaycan vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

    Məlumata görə, sığorta ödənişi bu ilin yanvarın 28-də Bakı şəhəri, Səbail rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.

    Ödəniş 2014-cü il 28 oktyabr tarixində poçt vasitəsi ilə köçürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi