İSB ötən il “Yaşıl Kart”a görə 61 min manat ödəniş edib

İSB ötən il “Yaşıl Kart”a görə 61 min manat ödəniş edib Azərbaycanda 11, xaricdə isə 15 sığorta hadisəsi baş verib
Maliyyə
8 May , 2017 12:58
İSB ötən il “Yaşıl Kart”a görə 61 min manat ödəniş edib

Bakı. 8 may. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) ötən il “Yaşıl Kart” sisteminə görə, 60 912 manat ödəniş edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 13 738 manatı Azərbaycanda, 47 147 manatı isə xaricdə baş vermiş sığorta hadisələrinə görə verilib.

Ötən il “Yaşıl Kart”la bağlı Azərbaycanda 11, xaricdə isə 15 sığorta hadisəsi baş verib. 

Son xəbərlər

Orphus sistemi