İSB ləğv edilmiş sığorta şirkətinin öhdəliklərinin icrasına başlayıb

İSB ləğv edilmiş sığorta şirkətinin öhdəliklərinin icrasına başlayıb Söhbət "Alfa Sığorta"dan gedir
Maliyyə
3 Fevral , 2017 11:58
İSB ləğv edilmiş sığorta şirkətinin öhdəliklərinin icrasına başlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin vaxtilə rəsmiləşdirildiyi icbari sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə əlaqədar zərərçəkmiş şəxslərə İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişlərinin verilməsi üçün toplanmış sənədlərin hüquqi ekspertizası, zərərçəkmiş şəxslərlə görüşlərin təşkili və təhvil-təslim işləri yekunlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə İSB-nin açıqlamasında bildirilir. 

Məlumata görə, fevralın 2-dən sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Alfa Sığorta"nın lisenziyasını ötən il avqustun 26-da ləğv edib. Buna səbəb onun 100% səhmdarı olan "Texnikabank" ASC-nin lisenziyasının ləğv olunmasıdır. 

Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kredit təşkilatının öhdəliklərini yerinə yetirmək üçün "Alfa Sığorta"nı satmağa qərar versə də, onu almaq istəyən olmayıb. Buna görə də, sığorta şirkətinin lisenziyasının ləğv edilməsinə qərar verilib.

Bundan sonra "Alfa Sığorta"nın icbari sığorta müqavilələri "İcbari sığortalar haqqında" qanunun tələbinə uyğun olaraq tənzimlənmə üçün İSB-yə ötürülüb. Şirkətin könüllü sığorta müqavilələrinə isə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.

Son xəbərlər

Orphus sistemi