İri dünya bankları dolların məzənnəsi ilə bağlı manipulyasiyada ittiham edilir

İri dünya bankları dolların məzənnəsi ilə bağlı manipulyasiyada ittiham edilir Dünyanın altı iri bankı ümumilikdə təxminən 6 milyard dollar həcmində cərimə ödəməli olacaq
Maliyyə
22 May , 2015 06:21
İri dünya bankları dolların məzənnəsi ilə bağlı manipulyasiyada ittiham edilir

Bakı. 22 may. REPORT.AZ/ Dünyanın altı iri bankı valyuta bazarında manipulyasiya və fırıldaqçılıqla əlaqədar ümumilikdə təxminən 6 milyard dollar həcmində cərimə ödəməli olacaq.

"Report"un Euronews telekanalına istinadən verdiyi xəbərə görə, “JPMorgan” və “Citigroup” uzun illərdən bəri cinayət məsuliyyətinə cəlb edilən ilk iri Amerika banklarıdır. Həmçinin Böyük Britaniyanın “Barclays” və “Royal Bank of Scotland” bankları da dollar və avronun məzənnəsi ilə manipulyasiyada iştirak edib.

İsveçrənin UBS bankı isə anti-inhisar qanunvericiliyini pozsa da, cinayətkar sövdələşmə barədə Amerika hökumətinə ilk məlumat verənlərdən biri olub və beləliklə məsuliyyətdən qaçmağı bacarıb. Həmçinin “Bank of America” da valyuta bazarındakı fəaliyyətinin təhqiqatından yayınmaq üçün ABŞ-ın federal ehtiyatlar sisteminə cərimələr ödəyəcək.

Son xəbərlər

Orphus sistemi