İranın neft-qaz gəlirləri kəskin azalıb

İranın neft-qaz gəlirləri kəskin azalıb “Son 9 ildə İranın illik neft və təbii qaz gəlirləri 92,5% azalaraq 119 milyard ABŞ dollarından 8,9 milyard ABŞ dollarına enib”.
Maliyyə
2 İyun , 2020 16:00
İranın neft-qaz gəlirləri kəskin azalıb

“Son 9 ildə İranın illik neft və təbii qaz gəlirləri 92,5% azalaraq 119 milyard ABŞ dollarından 8,9 milyard ABŞ dollarına enib”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Büdcə və Planlaşdırma Agentliyinin prezidenti Muhammed Bakır Nobaht açıqlayıb.

“Son 9 ildə neft və qaz ixracatı həmişə dalğalı olub. Belə ki, ötən il ixracımız 8,9 mlrd dollara düşüb. Hazırda ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa və idarə etməyə çalışırıq”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən cari ilin büdcəsində neft gəlirlərinin payı 10%-ə endirilib.

Qeyd edək ki, İran son iki ildə neft ixracı ilə bağlı məlumat paylaşmasa da, son bir ildə bu rəqəmin gündə 250 min bareldən aşağı olduğu barədə beynəlxalq mediada məlumat verilir.

Son xəbərlər

Orphus sistemi