İranın daha 9 bankı SWIFT sisteminə qoşulacaq

İranın daha 9 bankı SWIFT sisteminə qoşulacaq SWIFT sisteminə qoşulacaq bankların siyahısına Bank Melli İran-ın adı da daxil edilib.
Maliyyə
31 Yanvar , 2016 21:13
İranın daha 9 bankı SWIFT sisteminə qoşulacaq

Bakı. 31 yanvar. REPORT.AZ/ Fevralın 1-də daha doqquz İran bankı Beynəlxalq Elektron Ödənişlər Sisteminə (SWIFT) qayıdacaq. “Report” xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf məlumat verib.

O, bildirib ki, SWIFT sisteminə qoşulacaq bankların siyahısına Bank Melli İran da daxil edilib.

Qeyd edək ki, yanvar ayı ərzində İranın iki dövlət (Maskan və Keshavarzi) və 4 özəl bankı SWIFT sisteminə qayıdmışdı.

Qərb, SWIFT-in Tehrana qoyduğu sanksiyalar nəticəsində İranın beynəlxalq banklarla əməkdaşlığına ciddi xələl gətirilmişdi və İranın beynəlxalq bank sistemi ilə əlaqəsi demək olar ki, tamamilə kəsilmişdi.

Son xəbərlər

Orphus sistemi