​İran Milli Bankının Bakı filialında yeni təyinat olub

​İran Milli Bankının Bakı filialında yeni təyinat olub Filialın baş mühasibi dəyişib
Maliyyə
4 Avqust , 2016 12:12
​İran Milli Bankının Bakı filialında yeni təyinat olub

Bakı. 4 avqust. REPORT.AZ/ İran Milli Bankının (Bank Melli İran) Bakı filialına yeni baş mühasib təyin edilib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, filialın yeni baş mühasibi Vüqar Mirheydərovdur. O, vaxtilə "Günaybank" ASC-nin İdarə Heyətinin sədr müavini olub.

V.Mirheydərov yeni vəzifəsində Elxan Rəhimlini əvəz edib.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 51 433 671 manatdır.

Son xəbərlər

Orphus sistemi