İran Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub İran Milli Bankının Bakı filialının cəmi aktivləri bu il iyulun 1-nə 96,981 milyon manat təşkil edib.
Maliyyə
12 İyul , 2019 17:32
İran Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub

İran Milli Bankının Bakı filialının cəmi aktivləri bu il iyulun 1-nə 96,981 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,3% azdır.

İran bankının aktivlərinin 4,311 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 30,3% böyüyüb.

Hesabat dövründə İran bankının cəmi öhdəlikləri 14,4% artaraq 43,35 milyon manata, o cümlədən depozit portfeli 2,3 dəfə artaraq 10,058 milyon manata çatıb, cəmi kapitalı isə 23,6% azalaraq 53,631 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında İran bankının gəlirləri 1,911 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,5% çox), xərcləri 695 min manat (10,4% az), xüsusi ehtiyatlara ayırmaları 18,125 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 2 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Son nəticədə Bakı filialı I yarımili 16,906 milyon manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 1,383 milyon manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi