İran dollarla idxala qadağa qoyub

İran dollarla idxala qadağa qoyub Bu ölkədə Amerika valyutası ilin əvvəlindən 9%-ə yaxın bahalaşıb
Maliyyə
2 Mart , 2018 10:26
İran dollarla idxala qadağa qoyub

Bakı. 2 mart. REPORT/AZ/ İran Mərkəzi Bankı yerli şirkətlərin ABŞ dollarından istifadə edərək idxal sifarişləri verməsinə qadağa qoyub. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurumun bu barədə Sənaye, Mədənçilik və Ticarət Nazirliyinə təlimat göndərib. 

Təlimatda, dolların əvəzinə digər valyutalarla sifariş verilməsi, qərarın bu günə qədər olan müraciətlərə aid edilməməsi qeyd olunub. 

İran mətbuatı yazır ki, ABŞ-la 2015-ci ildə nüvə anlaşması əldə olunsa da, bank sektoruna tətbiq edilən məhdudiyyətlər aradan götürülməyib. İran bankları yerli idxalçıların dollara olan tələbini ödəyə bilmir, əvəzində şirkətlər valyuta dəyişmə məntəqələrinə üz tuturlar. Son nəticədə dolların qiymətində kəskin dalğalanmalar baş verir. Artıq bir çox valyuta dəyişmə məntəqəsi bağlanıb, valyuta alqı-satqısını həyata keçirən şəxslər məsuliyyətə cəlb ediliblər. 

Hazırda İranın nağd valyuta bazarında dolların məzənnəsinin 37 331 rial təşkil etdiyi bildirilir. Bu, ilin əvvəli ilə müqayisədə 8,8%, illik müqayisədə isə 15,3% çoxdur. 

Son xəbərlər

Orphus sistemi