Yuxarı
    Bağlamaq

    İran denominasiyaya hazırlaşır

    Yeni milli valyutadan bir 0 silinir, adı isə tümən olacaq

    Bakı. 24 iyul. REPORT.AZ/ İran Mərkəzi Bankı milli valyutanın 1:10 miqyasında denominasiya etməyə hazırlaşır. 

    "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə IRNA agentliyinə Nazirlər Kabinetinin katibi Mohsen Hacı Mirzaeyi məlumat verib.

    O bildirib ki, bu qərar hesablaşmaların asanlaşdırılmasını nəzərdə tutur. Yeni pul vahidi - tümənin hazırkı 10 riala bərabər olması, yəni qiymətlərdən bir "0"ın silinməsi gözlənilir.

    Milli valyutada islahatın iqtisadi komissiya tərəfindən öyrənildiyi və Mərkəzi Banka təqdim edildiyi bildirilir. Qeyd edək ki, tümən 1932-ci ildən İranda tədavüldə olub və daha sonra "rial"la əvəzlənib. Hazırda onun yenidən tərs əvəzlənməsi gözlənilir. İranın rəsmi milli valyutasının adı "rial" olsa da, xalq arasında demək olar ki, çox vaxt "tümən" sözü işlədilib. Bu da müəyyən çaşqınlıq yaradıb.

    Son illərdə baş verən yüksək inflyasiya rialın məzənnəsini xeyli aşağı salıb. Hazırda İranın valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 39 000 riala bərabərdir və bundan sonra isə 3 900 tümənə bərabər olacaq. 

    Qeyd edək ki, rialdan 3, hətta 4 ədəd "0"ın silinməsi təklifləri müzakirə olunsa da, nəticədə belə radikal qərardan vaz keçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi