İran da kriptovalyuta buraxacaq

İran da kriptovalyuta buraxacaq Bakı. 23 fevral. REPORT.AZ/ İranın dövlət bankı Post Bank kriptovalyuta yaratmaq üçün fəaliyyətə başlayıb. 
Maliyyə
23 Fevral , 2018 10:59
İran da kriptovalyuta buraxacaq

Bakı. 23 fevral. REPORT.AZ/ İranın dövlət bankı "Post Bank" kriptovalyuta yaratmaq üçün fəaliyyətə başlayıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın rabitə və texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cehrumi bildirib. 

Onun sözlərinə görə, İran Mərkəzi Bankı rəqəmsal valyutalara nəzarət etmək məqsədilə digər qurumlarla əməkdaşlıq edir. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Venesuela kriptovalyutasını emissiya edərək 735 mln. ABŞ dolları vəsait cəlb etməyə nail olub. 

Son xəbərlər

Orphus sistemi