Yuxarı

​İran bankları yenidən beynəlxalq hesablaşmalar sisteminə qayıdır

İranın özəl kommersiya bankı SWIFT beynəlxalq sisteminə qoşulub

Bakı. 13 iyul. REPORT.AZ/ İranın "Gün" özəl kommersiya bankı SWIFT beynəlxalq ödəniş sisteminə qoşulub.

"Report" xəbər verir ki, Bankın rəhbəri Əhməd Şəfizadənin verdiyi məlumata əsasən, bununla bağlı Tehranda rəsmi açılış mərasimi keçirilib. Bankın beynəlxalq hesablaşmalar sisteminə qoşulması uzun zamandır İrana qarşı davam edən sanksiyaların aradan qaldırılması yolunda atılan ilk addım hesab oluna bilər. Bu qərarla İran artıq dərbəst şəkildə beynəlxalq maliyyə əməliyyatları apara biləcək.

Xatırladaq ki, 2012-ci ilin əvvəlində Avropa Şurasının tələbi ilə tətbiq olunan sanksiyalar nəticəsində İran SWIFT sistemindən ayrılıb, 30 yerli bank isə beynəlxalq bank sistemindən çıxarılıb. Bu qərar sadə iranlılara da zərbə vurmuşdur, çünki bu sistem beynəlxalq pul köçürmələrini xeyli dərəcədə asanlaşdırır və əməliyyatlar nisbətən ucuz başa gəlir. Hətta bir çox iranlı xaricə pul göndərmək və qəbul etmnək imkanından məhrum oldu.

Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank financial transactions) - yəni, "Beynəlxalq banklararası maliyyə köçürmələri üçün şəbəkə" mənasını daşıyır və dünyada ən önəmli banklararası köçürmə sistemidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi