İran bankının Bakı filialı 29 mln. manat zərər edib

İran bankının Bakı filialı 29 mln. manat zərər edib Bakı. 24 yanvar. REPORT.AZ/ "Bank Melli İran" Bakı filialının aktivləri illik müqayisədə 20,22% azalaraq 2017-ci il yanvarın 1-nə 80,468 mln. manat...
Maliyyə
24 Yanvar , 2017 12:02
İran bankının Bakı filialı 29 mln. manat zərər edib

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bank Melli İran" Bakı filialının aktivləri illik müqayisədə 20,22% azalaraq 2017-ci il yanvarın 1-nə 80,468 mln. manat təşkil edib.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir. 

Hesabat ilində kredit portfeli 2 dəfə azalaraq 8,525 mln. manat olub. Kreditlərin 1,942 mln. manatının və ya 22,78%-nin vaxtı keçib. Qeyd edək ki, əvvəlki ilin müvafiq dövründə bu göstərici 44,53% olmaqla 7,644 mln. manat olub.

Cəmi öhdəliklər 17,85% artaraq cari il yanvarın 1-nə 58,561 mln. manat, müştəri hesabları isə 12,9% azalaraq 2,359 mln. manat təşkil edib. Nizamanamə kapitalı dəyişməyib və 51,434 mln. manat qalıb.

Bank 2016-cı ildə 29,271 mln. manat xalis zərər edib. Əvvəlki ili isə Bank əksinə, 548,4 min manat xalis mənfəətlə başa vurmuşdur. Qeyd edək ki, əgər Bank 2015-cı ildə aktivlər üzrə ehtiyatların yaradılmasına 4,778 mln. manat ayırmışdırsa, 2016-cı ildə bu ayırmalar 30,896 mln. manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi