İqtisadiyyata kredit qoyuluşları may ayında 2,5% azalıb

İqtisadiyyata kredit qoyuluşları may ayında 2,5% azalıb Ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi bu ilin iyunun 1-nə 21 206,5 mln. manat təşkil edib
Maliyyə
11 İyul , 2016 10:35
İqtisadiyyata kredit qoyuluşları may ayında 2,5% azalıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi bu ilin iyunun 1-nə 21 206,5 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 3 374,4 mln. manat və ya 13,72%, mayın 1-nə nisbətən isə 529,7 mln. manat və ya 2,43% azalıb. İqtisadiyyata kredit qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 1 287,9 mln. manat və ya 5,72% azalıb.

Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin yanvar-may aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması göstərilir.

"Report"un analitik qrupu 2016-cı ilin iyun statistikasında iqtisadiyyata kredit qoyuluşlarında azalmanın bir az yumşalacağını ehtimal edir: Bunun səbəbi iyun ayında manatın məzənnəsinin dollarla müqayisədə zəifləməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin azalması dollar kreditlərinin manat ekvivalentində dəyərini artırır.

Son xəbərlər

Orphus sistemi