Yuxarı

İqtisadiyyat Nazirliyinin yeni loqotipi hazırlanıb

Nazirliyin devizi əvvəlki kimi, ümummilli lider Heydər Əliyevin İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! ifadəsidir

Bakı. 22 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.

Nazirliyin devizi isə əvvəlki kimi, ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" ifadəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi