İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edən müvəkkil bankların sayı 10-a çatıb

İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edən müvəkkil bankların sayı 10-a çatıb Bakı. 23 iyul. REPORT.AZ/ Artıq zəmanət və subsidiya verilməsi üzrə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ilə müvəkkil qismində əməkdaşlığa daha 2 bank cəlb olunub, bununla da müvəkkil bankların sayı 10-a çatıb.
Maliyyə
23 İyul , 2018 09:59
İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edən müvəkkil bankların sayı 10-a çatıb
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Artıq zəmanət və subsidiya verilməsi üzrə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ilə müvəkkil qismində əməkdaşlığa daha 2 bank cəlb olunub, bununla da müvəkkil bankların sayı 10-a çatıb.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, hazırda “Paşa Bank” ASC, "Kapital Bank" ASC, “Azərbaycan Sənaye Bankı” ASC, "Ziraat Bank Azərbaycan" ASC, "TuranBank" ASC, "NBCBank" ASC, "Expressbank" ASC, "Muğanbank" ASC, “Rabitəbank” ASC və “UNİBANK Kommersiya Bankı” ASC sahibkarlara xidmət göstərən müvəkkil banklardır.

Azərbaycan ərazisində qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar zəmanət və subsidiya məhsullarından istifadə etmək məqsədilə yuxarıda adı çəkilən müvəkkil banklara kredit sifarişi ilə müraciət edə bilərlər. Müvəkkil banklar tərəfindən sahibkarların müraciətlərinə obyektiv baxılması və bu mexanizm barədə lazımi informasiyanın verilməsi təmin ediləcək.

Eyni zamanda, sahibkarlar zəmanət və subsidiya verilməsi qaydaları, tələb olunan sənədlər və digər zəruri şərtlər barədə məlumatları daha ətraflı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən də əldə edə bilərlər (www.mcgf.az).

Son xəbərlər

Orphus sistemi