Yuxarı

İpoteka və Kredit Zəmanət Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

İpoteka və Kredit Zəmanət Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

© Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Fevralın 1-də Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 004,5833 manat qiymətlə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının baza emissiya prospektini ötən il noyabrın 10-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi