İpoteka və Kredit Zəmanət Fondu 25 mln. manat vəsait cəlb edib

İpoteka və Kredit Zəmanət Fondu 25 mln. manat vəsait cəlb edib Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq (hər birinin nominal dəyəri 1 000 manat olan 25 000 ədəd istiqraz), 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
1 Fevral , 2018 17:07
İpoteka və Kredit Zəmanət Fondu 25 mln. manat vəsait cəlb edib
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq (hər birinin nominal dəyəri 1 000 manat olan 25 000 ədəd istiqraz), 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 004,5833 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat təşkil edib və qiymətli kağızların hamısı yerləşdirilib.

İstiqrazların ödəmə tarixi 8 sentyabr 2040-cı ildir.

Son xəbərlər

Orphus sistemi