“İpoteka haqqında” qanunla bağlı təkliflər müzakirə olunub

“İpoteka haqqında” qanunla bağlı təkliflər müzakirə olunub Azərbaycan Banklar Assosiasiyasının “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib
Maliyyə
14 Avqust , 2017 15:30
“İpoteka haqqında” qanunla bağlı təkliflər müzakirə olunub
Aba.az

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquq məsələləri üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

“Report” ABA-ya istinadən xəbər verir ki, iclas zamanı “Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” qanunda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” qanununda dəyişikliklər edilməsi haqqında” qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub.

“İpoteka haqqında” qanunda dəyişiklik ondan ibarətdir ki, artıq ipoteka predmeti məhkəmədən kənar tutuma yönəldilə biləcək və həmçinin yeni layihə məhkəmədən kənar tutmada seçim mexanizmini müəyyən edir. Belə ki, yeniliyə əsasən, girov əmlakının açıq bazarda satılması və yaxud “İcra haqqında” qanuna uyğun olaraq birbaşa icra məmuru tərəfindən açıq hərracda realizasiyası mümkün olacaq.

İclasda həmçinin təkrar hərracların müddətinin azaldılması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin verilmə mexanizmi və bu məsələlərlə bağlı digər qanunvericilik aktlarına dəyişikliklər barədə təkliflər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi