"İpək Yolu Sığorta"nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

"İpək Yolu Sığorta"nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək Bakı. 21 fevral. REPORT.AZ/ Bu il martın 28-də saat 10:00-da İpək Yolu Sığorta ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
21 Fevral , 2019 09:52
İpək Yolu Sığortanın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Bakı. 21 fevral. REPORT.AZ/ Bu il martın 28-də saat 10:00-da "İpək Yolu Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncağın gündəliyinə “İpək Yolu Sığorta” ASC-nin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin və digər məsələlərin müzakirəsi daxildir.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi