Yuxarı

“İpək Yolu Sığorta”nın səhmdarları auiditorun seçilməsi məsələsini müzakirə edəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin dakabrın 6-sı saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” şirkətə istinadən xəbər verir ki, yığıncaqda “İpək Yolu Sığorta”nın 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditi məqsədilə müstəqil auditorun seçilməsi və sair məsələlər müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R.Ə. təyin edilib. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi