"İpək Yolu Sığorta"nın aktivləri azalıb

"İpək Yolu Sığorta"nın aktivləri azalıb Bakı. 25 iyul. REPORT.AZ/ 2018-ci il aprelin 1-nə İpək Yolu Sığorta ASC-nin cəmi aktivləri 42,677 mln. manat təşkil edib.
Maliyyə
20 Aprel , 2018 14:51
İpək Yolu Sığortanın aktivləri azalıb

Bakı. 25 iyul. REPORT.AZ/ 2018-ci il aprelin 1-nə "İpək Yolu Sığorta" ASC-nin cəmi aktivləri 42,677 mln. manat təşkil edib.

"Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır.

Hesabat dövründə "İpək Yolu Sığorta"nın cəmi kapitalı illik 6,3% artaraq 27,335 mln. manat, cəmi öhdəlikləri isə 26,8% azalaraq 15,342 mln. manat olub.

Birinci rübdə şirkətin gəlirləri cəmi 6,940 mln. manat, xərcləri 6,439 mln. manat təşkil edib. Beləliklə, şirkət bu ilin birinci rübünü0,5 mln. manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə şirkətin xalis mənfəəti 1,114 mln. manat təşkil edib. Bu isə cari ili birinciri rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə şirkətin xalis mənfəətinin iki dəfədən çox azalması deməkdir. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb.

Son xəbərlər

Orphus sistemi