İnvestisiya şirkətləri CETA sisteminə qoşulmağa hazırlaşır

İnvestisiya şirkətləri CETA sisteminə qoşulmağa hazırlaşır Bakı. 26 noyabr. REPORT.AZ/ Ölkədə fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan Mərkəzləşmiş Birja Ticarəti (CETA) sisteminə qoşulmağa hazırlaşır.
Maliyyə
26 Noyabr , 2018 10:37
İnvestisiya şirkətləri CETA sisteminə qoşulmağa hazırlaşır

Bakı. 26 noyabr. REPORT.AZ/ Ölkədə fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan Mərkəzləşmiş Birja Ticarəti (CETA) sisteminə qoşulmağa hazırlaşır.

“Report” xəbər verir ki, bu məsələ Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) ümumi yığıncağında müzakirə edilib.

Xatırladaq ki, “Bakı Fond Birjası” QSC-nin ticarət sisteminin daxil olduğu CETA 2016-cı ildə “Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi layihəsi" çərçivəsində Cənubi Koreyanın fond birjasının ticarət platformaları əsasında yaradılıb.

AFBİA-nın ümumi yığıncağında həmçinin gələn il Azərbaycanda keçiriləcək I Beynəlxalq Maliyyə Sərgisi, maliyyə girovlarının depozitar sistemində qeydiyyata alınması ilə bağlı qaydalar müzakirə obyekti olub. 

Son xəbərlər

Orphus sistemi