“İnvest-AZ” investisiya şirkətinin xalis mənfəəti 36% azalıb

“İnvest-AZ” investisiya şirkətinin xalis mənfəəti 36% azalıb Bakı. 22 fevral. REPORT.AZ/ “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,89 mln. manat təşkil edib.
Maliyyə
22 Fevral , 2018 09:47
“İnvest-AZ” investisiya şirkətinin xalis mənfəəti 36% azalıb

Bakı. 22 fevral. REPORT.AZ/ “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6,89 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,5% azdır.

Hesabat dövründə “İnvest-AZ”ın cəmi öhdəlikləri 15,4% azalaraq 5,719 mln. manat, cəmi kapitalı isə 37,3% artaraq 1,171 mln. manat olub.

2017-ci ildə investisiya şirkətinin cəmi gəlirləri 2,859 mln. manat (2016-cı ilə nisbətən 18,9% çox), cəmi xərcləri 2,007 mln. manat (43,25% çox), məzənnə fərqindən xalis zərəri 360 min manat (12,2% çox), əsas vəsaitlərin satışından gəliri 38 min manat təşkil edib. Son nəticədə “İnvest-AZ”ın vergiyəqədərki mənfəəti 530 min manat olub ki, bu da illik müqayisədə 22,3% azdır.

Ötən il investisiya şirkəti əvvəlki illə müqayisədə 26,85% çox – 189 min manat mənfəət vergisi ödəyib. Bununla da maliyyə qurumu 2017-ci ili 341 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 36,1% azdır.

Xatırladaq ki, “İnvest-AZ İnvestisiya Şirkəti” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. Şirkətin təsisçisi Elşən Quliyevdir. 

Son xəbərlər

Orphus sistemi