"İnternational" BOKT ötən ili zərərlə başa vurub

"İnternational" BOKT ötən ili zərərlə başa vurub Bakı. 24 iyul. REPORT.AZ/ “İnternationl” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 7,139 mln. manat təşkil edi...
Maliyyə
24 İyul , 2017 15:39
İnternational BOKT ötən ili zərərlə başa vurub

Bakı. 24 iyul. REPORT.AZ/ “İnternationl” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 7,139 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,15 dəfə çoxdur.

“İnternational”ın aktivlərinin 94,6%-ni və yaxud 6,754 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 2,4 dəfə böyüyüb.

2016-cı ildə “İnternational”ın cəmi öhdəlikləri 2,45 dəfə artaraq 6,511 mln. manata çatıb, cəmi kapitalı isə 4,5 azalaraq 628 min manat olub.

Ötən il “İnternational”ın faiz gəlirləri 500 min manat, faiz xərcləri 210 min manat, qeyri-faiz gəlirləri 89 min manat, qeyri-faiz xərcləri isə 409 min manat təşkil edib. Son nəticədə BOKT 2016-cı ili 30 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “İnternational” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un təsisçisi Rifat Vaqif oğlu Həsənovdur. 

Son xəbərlər

Orphus sistemi