“İnkişaf üçün maliyyə”nin aktivləri 23% azalıb

“İnkişaf üçün maliyyə”nin aktivləri 23% azalıb Bakı. 9 iyul. REPORT.AZ/ “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 23% azalaraq bu il yanvarın 1-nə 5,52 mln. təşkil edib.
Maliyyə
9 İyul , 2018 17:15
“İnkişaf üçün maliyyə”nin aktivləri 23% azalıb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 23% azalaraq bu il yanvarın 1-nə 5,52 mln. təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İnkişaf üçün maliyyə”nin müştərilərə verdiyi xalis kreditlər 27,3% azalaraq 4,117 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 20,9% azalaraq 5,201 mln. manat, o cümlədən borc vəsaitləri 23,4% azalaraq 4,791 mln. manat, cəmi kapitalı isə 45,9% azalaraq 318 min manat olub.

“İnkişaf üçün maliyyə” 2017-ci ili 269 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 21,9 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi