​İngiltərədə plastik əsginas tədavülə buraxılır

​İngiltərədə plastik əsginas tədavülə buraxılır Yeni əsginasın nominalı 5 funt sterlinqdir
Maliyyə
3 İyun , 2016 10:49
​İngiltərədə plastik əsginas tədavülə buraxılır

Bakı. 3 iyun. REPORT.AZ/ İngiltərə Bankının (Mərkəzi Bank) meneceri Mark Karni üzərində sabiq baş nazir, məşhur siyasətçi Uinston Çerçillin rəsmi olan 5 funt sterlinqi nominallı ilk plastik əsginası təqdim edib. 

"Report"un "The Guardian" qəzetinə istinadən verdiyi xəbərə görə, əsginasın bu ilin sentyabrın 13-də tədavülə buraxılacağı gözlənilir.

M.Karni qeyd edib ki, yeni əsginas istifadədə əvvəlki kağız əsginaslardan daha rahatdır. Birincisi ona görə ki, onun ölçüləri daha kiçik, ikincisi isə onu qatlayaraq pul qabında daşıyarkən xarab olma təhlükəsi yoxdur. Mərkəzi Bank sədrinin açıqlamasına əsasən, yeni əsginas yuyulmaya, buldoqun dişləməsinə və hətta üzərinə qırmızı çaxırın tökülməsinə tab gətirə bilir. Əsginasın ortalama 5 il ömrünün olacağı ehtimal edilir. Bu, kağız əsginasın ortalama ömründən 2,5 dəfə çoxdur. Bu da yeni əsginasın maya dəyərini kağız əsginasdan aşağı olmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi