İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib Həmçinin monetar stimullaşdırma proqramının həcmi sabit qalıb
Maliyyə
14 Dekabr , 2017 17:06
İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Bakı. 14 dekabr. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bugünkü iclasında uçot dərəcəsini gözlənildiyi kimi 0,5% səviyyəsində sabit saxlayıb.

"Report" xəbər verir ki, BoE monetar stimullaşdırma proqramının həcmini isə dəyişməyərək 435 mlrd. funt sterlinq (587 mlrd. dollar) həcmində saxlayıb.

Qərardan sonra funt sterlinqin qlobal valyuta bazarlarında dollara qarşı məzənnəsi 1,34 USD/GBP səviyyəsində sabit qalıb. 

Xatırladaq ki, BoE noyabrın 2-də keçirilən iclasda uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə 0,25%-dən 0,5%-ə artırıb.

Son xəbərlər

Orphus sistemi