Yuxarı

​İngiltərə Mərkəzi Bankı faizləri aşağı saldı

Yaxın perspektivdə məzənnə 1,20 USD/GBP-yə kimi geriləyə bilər

Bakı. 4 avqust. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 0,25%-ə endirib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bərabər BoE, monetar ekspansiya proqramı çərçivəsində qiymətli kağızların alış həcmini 60 mlrd. funt sterlinq artıraraq 435 mlrd. funta çatdırmağı qərara alıb. 

Qərar iyulun 24-də B.Britaniyanın Avropa İttifaqından ayrılması üçün keçirilən referendumdan müsbət qərarın çıxması fonunda iqtisadi göstəricilərin pisləşməyə başlaması əsasında verilib. Britaniya rəsmiləri ölkə iqtisadiyyatının durğunluq mərhələsinə daxil olmasının qarşısını almaq üçün bu addımları atdıqlarını bildiriblər. Nəticədə, funt sterlinq BoE qərarının ardından 1,12% zəifləyərək dollarla müqayisədə 1,3175 USD/GBP-yə kimi geriləyib. 

"Report"un analitik qrupu hesab edir ki, funtun zəifləməsi yaxın və orta müddətdə davam edəcək və məzənnə 1,20 USD/GBP səviyyəsinə çatacaq.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 1,194 mlrd. funt sterlinq var və bu, ümumi portfelin 4,7%-nə bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi