İndoneziya milli kriptovalyutasını dövriyyəyə buraxmağa hazırlaşır

İndoneziya milli kriptovalyutasını dövriyyəyə buraxmağa hazırlaşır Bakı. 29 yanvar. REPORT.AZ/ İndoneziya Bankı (Mərkəzi Bank) bu il milli kriptovalyutasını sınaq rejimində dövriyyəyə buraxmaq niyyətindədir.  
Maliyyə
29 Yanvar , 2018 17:47
İndoneziya milli kriptovalyutasını dövriyyəyə buraxmağa hazırlaşır

Bakı. 29 yanvar. REPORT.AZ/ İndoneziya Bankı (Mərkəzi Bank) bu il milli kriptovalyutasını sınaq rejimində dövriyyəyə buraxmaq niyyətindədir.  

"Report" "The Jakarta Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə hesablaşma sistemləri üzrə icraçı direktorunun müşaviri Susiato Devi bildirib.

"Hazırda istifadə etdiyimiz əskinasları rəqəmsal valyutaya konvertasiya etmək mümkün olacaq. Hələ ki, heç bir ölkə belə bir pul buraxmayıb" - deyə o qeyd edib. 

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, İndoneziyanın kriptovalyutası ölkədaxili hesablaşmalarda istifadə olunduğu kimi, beynəlxalq tranzaksiyalarda da aktual olacaq. Rəqəmsal valyutanın dəyəri İndoneziya Bankının "real aktivlər"inə bağlı olacaq, milli valyutanın məzənnəsinə və inflyasiyaya uyğun müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi