Yuxarı

İMF: Struktur islahatlarının aparılmaması qlobal iqtisadiyyata ziyan vurub

İMF prezidenti koronavirusun qlobal iqtisadiyyata təsiri haqda danışdı

Beynəlxalq Valyuta Fondunun (İMF) prezidenti Kristalina Georgieva getdikcə pul siyasətinin daraldığına görə, inzibati-struktur islahatlarının vacibliyini vurğulayıb.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, İMF prezidenti Çində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı çox sayda qeyri-müəyyənliyin olduğunu və Çin Mərkəzi Bankının (PBOC) virusun təsirini azaltmaq üçün maliyyə bazarlarına yüksək likvidlik verib və ucot dərəcəsini endirərək maliyyə təşviqlərini artırdığını vurğulayıb.

“Bunun Çin iqtisadiyyatına nə dərəcədə təsir etdiyini, Çindən kənarda yayılıb-yayılmayacağını bilmirik, hazırda senarilər üzərindən hərəkət edirik”, - o bildirib.

Çinin dünya iqtisadiyyatında çox böyük bir paya sahib olduğunu ifadə edən K.Georgieva qeyd edib ki, Çin qlobal turizm sektoru üçün çox vacibdir: "Turistlərin xərclədiyi hər 1 dolların 18 senti Çinin payına düşür. Qlobal istehsal sektorunun 28%-i Çinə məxsusdur.”

Ötən ilin maliyyə böhranından sonrakı dövrdə maliyyə bazarları üçün ən pis dövr olduğunu vurğulayan K.Georgieva bildirib ki, lakin mərkəzi banklar sinxron şəkildə faizləri endirərək bazarlara müdaxilə etdi: "Lazımi maliyyə tədbirləri alınsa da, struktur islahatlarının aparılmaması qlobal iqtisadiyyata ziyan vurub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi