Yuxarı

İMF: Azərbaycan struktur islahatlarını davam etdirərsə, məhsuldarlıq 6% artacaq

Aparılmış islahatların nəticələrinin ləğvi isə məhsuldarlığın 1% azalmasına səbəb ola bilər

Bakı. 15 sentyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (İMF) Azərbaycanda struktur islahatlarının davam etdiriləcəyi təqdirdə məcmu məhsuldarlığın, yəni kapital və əmək məhsuldarlığının 6% artacağını bildirib. 

"Report"un İMF-in hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan rəsmiləri ilə görüşən Fondun missiyası struktur islahatlarının dondurulacağı halda məcmu məhsuldarlığın 3,5% artacağını qeyd edib. Ən pessimist variantda isə, aparılmış islahatlar hesabına əldə olunan nəticələrin ləğvi məcmu məhsuldarlığı 1% azalda bilər.

İMF neft qiymətlərindəki azalmanı, həmçinin faiz dərəcələrinin artmasını investisiya əmsallarına mənfi təsir edəcəyini xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi