İlk yarımildə dövlət müssisələrinin dividendləri üzrə büdcəyə 500 min manat daxil olub

İlk yarımildə dövlət müssisələrinin dividendləri üzrə büdcəyə 500 min manat daxil olub Həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC -dən daxil olub
Maliyyə
28 İyul , 2017 18:22
İlk yarımildə dövlət müssisələrinin dividendləri üzrə büdcəyə 500 min manat daxil olub
Hesablama Palatası / Report

Bakı. 28 iyul. REPORT.AZ/ Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 2017- ci ilin altı ayında icra 500,0 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil edib.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilir ki, həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC -dən daxil olub, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməyib.

Qeyd edək ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir. Bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5950,0 min manat təsdiq olunub ki, bundan 150,0 min manat "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı, 4118,0 min manat “Azər-Türk Bank” ASC, 1682,0 min manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi