İlk dəfə beynəlxalq ticarətdə blokçeyn texnologiyasından istifadə olunub

İlk dəfə beynəlxalq ticarətdə blokçeyn texnologiyasından istifadə olunub Bakı. 23 yanvar. REPORT.AZ/ Kriptovalyuta və blokçeyn texnologoyası ilk dəfə rəsmi şəkildə ABŞ və Çin şirkətləri arasında baş tutan soya paxlası ticarətində istifadə olunub. 
Maliyyə
23 Yanvar , 2018 13:43
İlk dəfə beynəlxalq ticarətdə blokçeyn texnologiyasından istifadə olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Kriptovalyuta və blokçeyn texnologoyası ilk dəfə rəsmi şəkildə ABŞ və Çin şirkətləri arasında baş tutan soya paxlası ticarətində istifadə olunub. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat ABŞ-ın ən böyük qida ticarət şirkətlərindən biri olan "Louis Dreyfus" və Çinin "Shandong Bohi" şirkəti arasında, "ING Bank", "Societe Generale" və "ABN Amro" banklarının vasitəçiliyi ilə baş tutub. 

"ABN Amro" bankının qlobal ticarət və maliyyələşdirmə departamentinin rəhbəri Karin Kersten əməliyyatla bağlı deyib ki, blokçeyn texnologiyası vasitəsilə keçirilən əməliyyat çox qısa müddətdə həyata keçirilib və heç bir səhvə yol verilməyib: "Bu səbəbdən, blokçeyn texnologiyasının özünü doğrultduğunu deyə bilərəm".

Son xəbərlər

Orphus sistemi