İlin I yarısında “Petkim”ə 237 milyon lirə investisiya qoyulub

İlin I yarısında “Petkim”ə 237 milyon lirə investisiya qoyulub Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 237 mln. Türkiyə lirəsi məbləğində investisiya qoyulub.
Maliyyə
12 Avqust , 2019 12:05
İlin I yarısında “Petkim”ə 237 milyon lirə investisiya qoyulub

Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 237 mln. Türkiyə lirəsi məbləğində investisiya qoyulub.

“Report” bu barədə “Petkim Holding”in hesabatına əsasən xəbər verir.

Bildirilib ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir.

İlin I yarısında Ar-Ge mərkəzindəki (araşdırma və inkişaf) layihələrə 4,5 mln. lirə vəsait sərf olunub.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. 

Son xəbərlər

Orphus sistemi