İlin birinci yarısı üçün ARDNF-nin büdcə gəlir və xərcləri açıqlanıb

İlin birinci yarısı üçün ARDNF-nin büdcə gəlir və xərcləri açıqlanıb Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub
Maliyyə
23 İyul , 2015 17:08
İlin birinci yarısı üçün ARDNF-nin büdcə gəlir və xərcləri açıqlanıb

Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

Məlumata görə, 2015-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi