Yuxarı
    Bağlamaq

    ​İlham Əliyev: "Süni bahalaşmaya son qoyulmalıdır"

    İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır

    Bakı. 10 yanvar. REPORT.AZ/ "Məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Süni bahalaşmaya son qoyulmalıdır".

    "Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

    "İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər. Əlbəttə ki, biz müəyyən dərəcədə, ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq. Hələ ki, özümüzü 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, burada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Mən bilirəm və mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır. Və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsunlar bu işlə. Bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun", - deyə dövlət başçısı bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi