Yuxarı
    Bağlamaq

    İlham Əliyev: "Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb"

    Azərbaycan və Ukrayna prezidentləri bu həcmin artırılması məsələlərini müzakirə ediblər

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb.

    "Report" xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

    "Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb", - deyə dövlət başçısı bildirib.

    İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

    Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

    Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi