​İKT avadanlıqlarının ticarət həcmi 1,3 trln. dollara çatıb

​İKT avadanlıqlarının ticarət həcmi 1,3 trln. dollara çatıb ÜTT 200-dən çox informasiya texnologiyaları məhsullarının idxalı tariflərini ləğv edib
Maliyyə
25 İyul , 2015 16:00
​İKT avadanlıqlarının ticarət həcmi 1,3 trln. dollara çatıb

Bakı. 25 iyul. REPORT.AZ/ Ümumdünya Ticarət Təşkilatı (ÜTT - WTO) 200-dən çox informasiya texnologiyaları məhsullarının idxalı tariflərini ləğv edib. "Report"un xəbərinə görə, bu barədə qurumun bu gün açıqlanan hesabatında məlumat verilib.

Qurumun hesabatında deyilir ki, telekommunikasiya və peyk avadanlıqları, tibbi vasitələr, sensorlu ekrana malik məhsullar, sxem və mexanizmlərin illik ticarət dövriyyəsi 1,3 trln. dollara bərabərdir.

"Siyahı dünən tamamlanıb və yeni siyahıdakı 201 məhsulun tarif maneələri aradan qaldırılacaq", - WTO-nun baş direktoru Roberto Karvaio Azevedo (Roberto Carvalho de Azevêdo) bildirib.

Son xəbərlər

Orphus sistemi