Yuxarı

Azərbaycanda iki sığorta şirkəti birləşir

Buta Sığortanın Günay Sığortaya birləşməsi nəzərdə tutulur

Bakı. 12 may. REPORT.AZ/ "Buta Sığorta" ASC-nin "Günay Sığorta" ASC-yə birləşməsi haqqında artıq ilkin razılıq əldə olunub. "Report"a bu barədə "Buta Sığorta" ASC-nin İdarə Heyətindən məlumat verilib.

Qeyd edək ki, bu gün rəsmi qəzetdə "Buta Sığorta" ASC-nin dərc olunan elanına əsasən, iyunun 24-də keçiriləcək səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə şirkətin ləğvi məsələsi daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi