Yuxarı
    Bağlamaq

    ABŞ rəsmisi: "İki ölkə arasındakı əlaqələrin davamı üçün potensial böyükdür"

    Azərbaycanla uzunmüddətli əməkdaşlığımız var

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Azərbaycanla uzunmüddətli əməkdaşlığımız var. Azərbaycana səfərim zamanı bu əlaqələri genişləndirmək haqqında müzakirələr apardıq".

    "Report" xəbər verir ki, bunu ABŞ Ticarət Nazirliyinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli deyib.

    Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin davamı üçün potensial böyükdür.

    M.Lalli bildirib ki, son 3 ildə 35 ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfər edib və onlar ümumilikdə 200-dək görüş keçiriblər: "Bu görüşlərin nəticələri artıq bəllidir. Gələn ilin martında ABŞ-da konfrans keçiriləcək. Bunun əsas təşkilatçılarından biri Azərbaycanda Amerika Ticarət Palatasıdır (AmCham)".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi