​İflas prosesində olan bankın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılıb

​İflas prosesində olan bankın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılıb Kreditorların tələblərinin növbəti dəfə proporsional ödənilməsi həyata keçirilir
Maliyyə
20 İyul , 2016 11:31
​İflas prosesində olan bankın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılıb

Bakı. 20 iyul. REPORT.AZ/ “Banklar haqqında” Azərbaycan Qanununun 87-ci maddəsinin tələbinə uyğun olaraq “Royal Bank” ASC-nin təminatsız kreditorlarının tələblərinin növbəti dəfə proporsional ödənilməsi həyata keçirilir.

"Report"un verdiyi xəbərə görə, ödənişlərin həyata keçirilməsi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 86 nömrəli ünvanda aparılır.

Əlavə məlumat almaq üçün +994 12 434- 73- 56, 077 277- 66- 69 nömrəli telefonlarla əlaqə saxlamaq olar. 

İflas prosesində olan “Royal Bank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC-dir.

Son xəbərlər

Orphus sistemi