IFC banklara problemli kreditlərlə bağlı məsləhət xidmətləri göstərə bilər

IFC banklara problemli kreditlərlə bağlı məsləhət xidmətləri göstərə bilər Hansısa banka səhm yatırmaq fikrində deyillər
Maliyyə
4 Fevral , 2016 17:10
IFC banklara problemli kreditlərlə bağlı məsləhət xidmətləri göstərə bilər

Bakı. 4 fevral. REPORT.AZ/ "Bu yaxınlarda missiyamız gələcək və partnyor banklara texniki yardım göstərməklə bağlı müzakirələr aparılacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

A.Əzimovanın sözlərinə görə, banklara yeni məhsullarla və problemli kreditlərlə bağlı məsləhət xidmətləri göstərə bilərlər.

IFC nümayəndəsi deyib ki, onlar hansısa banka səhm yatırmaq fikrində deyillər və səhmdarı olduqları bankların konsolidasiyasi ilə bağlı hansısa müzakirə yoxdur.

Son xəbərlər

Orphus sistemi