​"İdeal Kredit" illik mənfəətini artırıb

​"İdeal Kredit" illik mənfəətini artırıb Qeyri-bank kredit təşkilatı aktivlərini 4 dəfədən çox artırıb
Maliyyə
2 Avqust , 2016 17:23
​İdeal Kredit illik mənfəətini artırıb

Bakı. 2 avqust. REPORT.AZ/ "İdeal Kredit" bank olmayan kredit təşkilatının (BOKT) məcmu aktivləri 2016-cı ilin əvvəlinə 3,248 mln. manat təşkil edib. 

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin əvvəli ilə müqayisədə 4,3 dəfə çoxdur.

Ötən il ərzində "İdeal Kredit"in cəmi öhdəlikləri 18,7 dəfə artaraq 2,47 mln. manat, cəmi kapitalı isə 25,7% artaraq 778 min manat olub.

Hesabat ilində BOKT-un aktivlərinin 94,1%-ni və yaxud 3,056 mln. manatını müştərilərə verilmiş kreditlər və avanslar təşkil edib. Bu, 2014-cü ilə nisbətən 4,2 dəfə çoxdur.

Hesabat dövründə "İdeal Kredit"in xalis faiz mənfəəti 477 min manat, xalis qeyri-faiz zərəri 3 min manat, kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması xərci 46 min manat, inzibati və digər əməliyyat xərcləri isə 218 min manat təşkil edib. Son nəticədə BOKT-un vergidən əvvəlki mənfəəti 210 min manat olub.

Təxminən 51 min manatlıq vergi öhdəliyini yerinə yetirən "İdeal Kredit" 2015-ci ili 159 min manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, 2014-cü ildə BOKT-un xalis mənfəəti cəmi 61 manat olub.

"İdeal Kredit" 2003-cü ildə fəaliyyətə başlayıb, 2010-ci ildən "Finans Texnoloji" adı ilə fəaliyyət göstərib, 2014-cü ildə isə sahibinin dəyişməsi ilə əlaqədar yenidən reberendinq edib. Onun nizamnamə kapitalı 646,7 min manatdır. BOKT-un həmtəsisçiləri 75% payla Qubad Baxas oğlu Qubadov, 25% payla Xuraman Ramiz qızı Qubadovadır.

Son xəbərlər

Orphus sistemi