“İdeal Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb

“İdeal Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 282 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
25 May , 2020 12:24
“İdeal Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb
Report

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 282 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,3 dəfə çoxdur.

Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 352 min manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 70 min manat (2,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 4,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,7% çoxdur. Bunun 4,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 29,1% böyüyüb.

Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 19,9% artaraq 3,2 milyon manata, balans kapitalı isə 25,9% artaraq 1,4 milyon manata çatıb.

Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75% payla Qubad Qubadov (direktor) və 25% payla Xuraman Qubadovadır.

Son xəbərlər

Orphus sistemi