“İcraçı Kredit Agentliyi”nin aktivləri cüzi artıb

“İcraçı Kredit Agentliyi”nin aktivləri cüzi artıb Bakı. 31 may. REPORT.AZ/ “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 2,2% artaraq bu il yanvarın 1-nə 2,424 mln. manat təşkil edib.
Maliyyə
31 May , 2018 10:50
“İcraçı Kredit Agentliyi”nin aktivləri cüzi artıb

Bakı. 31 may. REPORT.AZ/ “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 2,2% artaraq bu il yanvarın 1-nə 2,424 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İcraçı Kredit Agentliyi”nin müştərilərə verdiyi kreditlər 9,9% azalaraq 1,984 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri təxminən 94% artaraq 101 min manat, cəmi kapitalı isə 0,1% artaraq 2,323 mln. manata, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 223 min manata çatıb.

“İcraçı Kredit Agentliyi” 2017-ci ili 6 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən təxminən 2 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi