Yuxarı

“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb

​“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb

“İcraçı Kredit Agentliyi” (İKA) MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 12 174 manat və yaxud 5,55% azaldaraq 219 450 manatdan 207 276 manata endirib.

Bu barədə “Report”a BOKT-un İdarə Heyətinin sədri Arif Əliyev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb 2 kredit ittifaqının İKA-dakı payını geri götürməsidir. Söhbət bu ilin əvvəlində lisenziyası ləğv edilmiş “Şans Kredit İttifaqı” MMC-dən (Xaçmaz rayonu) və fəaliyyətdə olan “Hindarx Kredit İttifaqı” MMC-dən (Ağcabədi rayonu) gedir.

Bununla da İKA-nın səhmdarı olan kredit ittifaqlarının (hüquqi şəxslərin) sayı 9-dan 7-yə, onların nizamnamə kapitalındakı payı isə 31,1%-dən 27,3%-ə düşüb. Əvəzində BOKT-un səhmdarı olan 11 fiziki şəxsin (işçilərin) payı 68,5%-dən 72,5%-ə çatıb. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) maliyyə qurumundakı payı isə dəyişməyərək 0,2% qalıb.

Xatırladaq ki, İKA 2002-ci ildə yaradılıb. BOKT uzun müddət Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kredit ittifaqlarına ayrılan maliyyə vəsaitləri üzrə vasitəçi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi