​İcraçı direktor: "Fondun ehtiyatda 12 mln. manatı var"

​İcraçı direktor: "Fondun ehtiyatda 12 mln. manatı var" Azad Cavadov: "Banklardan üzvlük haqlarının yığılması prosesi aprelin 15-dək davam edəcək"
Maliyyə
11 Aprel , 2016 15:02
​İcraçı direktor: Fondun ehtiyatda 12 mln. manatı var

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) hazırda 12 mln. manat məbləğində vəsait rezervi var. Bunu “Report”a açıqlamasında ƏSF-nin icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadov banklardan cari üzvlük haqlarının hələ tam yığılmadığını da açıqlayıb: “Banklardan üzvlük haqlarının yığılması prosesi aprelin 15-nə qədər davam edəcək və yalnız bundan sonra Fondun ehtiyatı dəqiq bəlli olacaq”.

Qeyd edək ki, bu ilin mart ayının əvvəlində ƏSF Azərbaycan Mərkəzi Bankından illik 5% dərəcəsi ilə bir il müddətinə 22 mln. manat həcmində vəsait cəlb edib.

Ötən həftənin sonuna olan məlumata görə, ƏSF tərəfindən lisenziyası ləğv edilən “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin əmanətçilərinə ümumilikdə 135 mln. manatdan artıq vəsait ödənilib və ümumi ödənilməli məbləğin 148 mln. manat olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi