"İçərişəhər"ə büdcədən ayrılan vəsaitin istifadəsi yoxlanılıb

"İçərişəhər"ə büdcədən ayrılan vəsaitin istifadəsi yoxlanılıb Hesablama Palatasının bir neçə nəzarət tədbiri ilə bağlı proqramı təsdiq edilib
Maliyyə
17 İyun , 2016 12:55
İçərişəhərə büdcədən ayrılan vəsaitin istifadəsi yoxlanılıb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. "Report"un Palataya istinadən verdiyi xəbərə görə, iclasda dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Həmçinin, dövlət büdcəsindən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və onun strukturuna daxil olan qurumlara ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Sabunçu rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar dinlənilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi